Tofiq Qasım oğlu Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun Isalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olub.
Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər Institutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952-1953-cü illərdə Ağdam Müəllimlər Institutunda kafedra müdiri, 1953-1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji Institutunda müəllim, baş müəllim və dosent işləyib.
1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi Institutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olub.
1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Ictimai-siyasi Tədqiqatlar Institutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya Institutunun baş elmi işçisi vəzifəsini tutub.
Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olub, bu sahədə bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi kimi tanınıb. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır.
Tofiq Köçərli sovet dövründə bir neçə dəfə Ali Sovetinin deputatı seçilib, 1992-ci ildən üzvü olub.
"Qırmızı əmək Bayrağı" ordeni və bir neçə sairə orden və medallarla təltif edilib, fəxri adlara layiq görülüb.
31 Oktyabr 2007 il Bakı şəhərində dunyasını dəyişib.