Tofiq Köçərli
 
Bizim dağlar yada düşdü

Belajnitsa* əzəmətlə Qalxdı göylərə,
Şırım – şırım dərələrdə Qar dilim - dilim.
Sehirləndik, elə bil ki, Biz birdən - birə,
Bizim dağlar yada düşdü, Tofiq müəllim!

Ağ buludlar çapdı göydə Ağ atlar kimi,
Külək əsdi, doğma əsdi Elə bil bu gün.
Dağ palıdlar sal dağlarda Qanadlar kimi,
Pərvazlanıb, yer üzünü, Ucaltmaq üçün.

Qatı duman tərk etdi Çay qırağını,
Birdən mavi göl göründü,
Göy sular Göy-Gölə döndü;
Elə bil ki, işiq qəldi gözlərimizə.
Sonra əncir ağacı da göy yarpağını
Dost əli tək uzatdı ki, Əl versin bizə.

Daşqın sellər dərələrdən Yol aça-aça
Elə bil ki qəlbimizdən Çağladı, axdı,
Qarlı zirvə günəş-günəş Parıldadıqca
Nar kolları ulduz – ulduz Gözlərlə baxdı.

Heyran olduq bu torpaqda Bahara, yaza,
Gur şəfəqlər göyü, yeri Necə bəzəyir!
Əgər insan taleləri Başqa – başqasa,
Gör dağların taleləri Necə bənzəyir!...


*Belajnitsa – Sarayevo yaxınlığında dağ.


Nəbi Xəzri, Belajnitsa 1973-cü il