Tofiq Köçərli
 
Слово прощания - Некролог

Azərbaycanın elmi ictimayyətinə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Tofiq Qasım oğlu Köçərli 2007-ci il oktyabrın 31-də ömrünün 79-cu ilində vəfat etmişdir.

Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində almışdır. 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kurslarının müdavimi olmuşdur.

Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli, 1952-1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953-1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləmişdir. Tofiq Köçərli 1957-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972-1990-cı illərdə rektoru, 1990-1991-ci illərdə isə professoru olmuşdur. O, 1993-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloqiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutmuşdur.

Tofiq Köçərli 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə isə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş, bu sahədə bir çox kitab və monoqrafiyanın, 120-dən çox məqalənin müəllifi kimi tanınmışdır. Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərlərini ölkəmizdə, eləcədə onun sərhədlənindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır.

Tofiq Köçərli tarix və siyasi elmlər sahəsində fəaliyyəti ilə yanaşı, dövlət idarəçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması işində də uzun illər səmərəli xidmət göstərmişdir. Bir neçə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş və 1992-ci ildən Azərbaycan Respublikası Milli Şurasının üzvü olmuş Tofiq Köçərlinin respublikanın ictimai-siyasi həyatında iştirakı təqdirəlayiqdir.

Tofiq Köçərlinin elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdür.

Tanınmış alim - pedaqoq və qayğıkeş insan Tofiq Köçərlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Artur RASİ-ZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Mahmud KƏRİMOV, Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ, Arif HƏŞİMOV, Nailə VƏLİXANLI, Akif ƏLİZADƏ, Ağamusa AXUNDOV, Cəmil QULİYEV, Fuad QASIMZADƏ, Teymur BÜNYADOV, Məşədixanım NEMƏTOVA, Yaqub MAHMUDOV, Seyfəddin QƏNDİLOV

Rusca...

Научная общественность Азербайджана понесла тяжелую утрату. 31 октября 2007 года на 79-м году жизни скончался действительный член Национальной Академии наук Азербайджана, доктор исторических наук, профессор, заслуженный деятель науки Тофиг Гасым оглу Кочарли.

Тофиг Кочарли родился 11 февраля 1929 года в селе Исалы Гядабейского района. После окончания школы он получил высшее образование на историческом факультете АГУ.

Начав трудовую деятельность в 1950-х годах в качестве преподавателя Губинского института учителей, Тофиг Кочарли был заведующим кафедрой в Агдамском институте учителей, работал преподавателем, старшим преподавателем и доцентом в Гянджинском педагогическом институте имени Зардаби. В 1960-х годах Тофиг Кочарли был старшим научным сотрудником Института истории партии при ЦК КП Азербайджана, в 1970-х годах заведующим кафедрой, ректором, а к 1990-му профессором Бакинской высшей партийной школы. В 1990-х годах он занимал должность научного сотрудника Института общественно-политических исследований Академии наук Азербайджана, а с 2002 года до последних дней жизни старшего научного сотрудника Института археологии и этнографии Национальной Академии наук Азербайджана.

В 1955 году Тофиг Кочарли защитил в МГУ кандидатскую диссертацию, а в 1966 году получил ученую степень доктора исторических наук. В 1981 году он был избран членом-корреспондентом, а в 1989 году действительным членом АН Азербайджана.

Тофиг Кочарли последовательно занимался изучением актуальных проблем современной истории Азербайджана, был известен как автор многих книг и монографий, более 120 статей в этой области.

Наряду с деятельностью в области исторических и политических наук Тофиг Кочарли долгие годы пло дотворно служил делу под готовки высококвалифици рованных кадров в сфере государственного управления.

Тофиг Кочарли принимал активное участие в общественно-политической жизни республики.

Научная и общественная деятельность Тофига Кочарли получила высокую оценку. Он был награжден рядом орденов и медалей, удостоен почетных званий.

Память об известном ученом, педагоге и отзывчивом человеке Тофиге Кочарли будет вечно жить в сердцах тех, кто его знал.

Allah rəhmət eləsin!

Ильхам АЛИЕВ, Артур РАСИ-ЗАДЕ, Огтай АСАДОВ, Рамиз МЕХТИЕВ, Эльчин ЭФЕНДИЕВ, Махмуд КЕРИМОВ, Гаджибала АБУТАЛЫБОВ, Фатма АБДУЛЛАЗАДЕ, Ариф ГАШИМОВ, Наиля ВЕЛИХАНЛЫ, Акиф АЛИЗАДЕ, Агамуса АХУНДОВ, Джамиль ГУЛИЕВ, Фуад ГАСЫМЗАДЕ, Теймур БУНИЯТОВ, Мешадиханум НЕЙМАТОВА, Ягуб МАХМУДОВ, Сейфаддин ГАНДИЛОВ