Tofiq Köçərli
 
Əziz babam, dostum Tofiq Köçərlinin əziz xatirəsinə
İlkin yaşlarımdan sizi gördüm, tanımağa can atdım.
Bütün yaşlarımda sizin özünüzdə yaşatdığınız prinsipləri qavramağa başladım.
Həyatımı, gündəlik qaydamı, hər bir işimi bu prinsiplərin əsasında qurmağa çalışdım.
Yetkinlik yaşlarımdan gücümü təhsilə və özümü realizə etməyə istiqamətləndirdim.
Çətin anlarımda vuruşdum, nədə isə də dolaşdım, başa düşülmədim,
amma sizin bir məsləhətiniz mənə dəstək oldu, sakitləşdirdi.
Yalnız sizin yaradıcısı olduğunuz - güclü bünövrə, aşılmaz prinsipiallıq mənə
güc verib, ilhamlandırdı.
Neçə illər keçdi və sizin ruhunuzun qarşınızda durub, deyə bilərəm:
- Budur mən, Sizdən ilhamlanan Arslan.
Hər bir bağ səfərində, məclisdə və s. deyilən sözlər, məzəli lətifələr,
müdrik fikirlər yaddaşımdan unudulmayacaq.
İdman xəbərlərinin müzakirəsi, dünyada baş verən hadisələr, nənəm ilə zarafatlaşmalarımız,
gündəlik hadisələr mənim ilə yaşayacaq.
Deyilən sözlər, yaşanılan anlara görə "çox sağ ol" deyirəm.
Gündəlik həyatım bunlarsız boş görünür və "Sizsizlik" boğur məni.
Unudulmaz günlər biri-birini əvəz edirdi.
Xəngələ hazırlaşanda mənim – nənəm ilə "qurutun" töküb-tökülməsi mübahisəsində sizin
mənim tərəfini tutmanız həmişə bizi güldürər, Layə nənəmi əsəbləşdirərdi.
Hər səhər idman etməyimiz, bu zaman qulaq asdığımız məzəli musiqilər bizi gün ərzində
müsbət tonusda saxlayardı.
Səhər yeməyini yeyəndə sizin iştahla yediyinizi görüb deyərdim "woooooow"
Yadımda 1-ci sinifdə oxuyarkən məndən soruşdunuz
"Qəzet oxumaq ilə münasibətin necədir?" Dedim: "Deyəsən pis" - güldünüz.
On dəqiqə keçməmiş məni öz otağınıza çağırıb
yeni məqalənizi mənə oxumağa verdiniz.
İndi, 22 ildən sonra bu günlərin, bu anların nə qədər qiymətsiz olduğunu anlayıram.
Yazımı sizin mənə öyrətdiyiniz seiri qəlbində bir daha xatırlayaraq bitirirəm...
Açması sizinlə mənim bu böyük dünyada balaca sirrimiz kimi qalacaq.

Arslan İbrahimi, nəvəsi